Evdə dava düşdü — Arvadını bıçaqladı

24-09-2016, 22:15           

Göyçay rayonunda bıçaqlanma olub.

teref.az-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Göyçay şəhərinin Səməd Vurğun küçəsində baş verib.

Göyçay sakini Fəqan Misirxanov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə həyat yoldaşı, 1984-cü il təvəllüdlü Misirxanova Humay Murad qızını bıçaqlayıb. H. Misirxanova təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru