Bu gün “sükut günü”dür –Təşviqat müddəti bitdi

25-09-2016, 11:19           

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş referendumla əlaqədar bu gün – sentyabrın 25-i Azərbaycanda sükut günüdür.

Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün təşviqat aparmaq qadağan edilir.

Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, referendumqabağı təşviqat sentyabrın 3-də başlayıb, sentyabrın 25-i saat 08:00-da başa çatıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək. (Trend)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.