İordaniyada tanınmış yazıçı Nahed Hattar qətlə yetirilib.
Teleqraf.com-un xəbərinə görə, naməlum şəxs məhkəmə binasının qarşısında yazıçıya atəş açıb. Başından 3 güllə yarası alan yazıçı hadisə yerindəcə keçinib.
Hadisəni törədən şəxs həbs olunub, araşdırma aparılır.