Ağdamda düşmən əsgəri məhv edildi

25-09-2016, 21:15           
Ağdamda düşmən əsgəri məhv edildi
Bu gün saat 10.40 radələrində təmas xəttinin Ağdam istiqmətində erməni işğalçı qüvvələrinin itkisi qeydə alınıb.
Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, erməni qüvvələrinin döyüş mövqelərindən birində 1997-ci ildə anadan olmuş hərbi qulluqçu Arsen Arakelyan “Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə” öldürülüb.
Xatırladaq ki, ötən həftə erməni işğalçı qüvvələri çoxlu sayda hərbi texnika cəlb etməklə Ağdamda hərbi təlimlər keçirib. Rəsmi Bakı bu təlimləri təmas xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribat adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru