Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə baölı ümumxalq səsverməsində (referendum) ölkə üzrə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 15:00-a qədər 5267111 seçicidən 2833 064 nəfər səs verib.
Qeyd olunan vaxta qədər seçici fəallığı 53,8 faiz təşkil edib.