Erkan Çətin ticarət mərkəzində 5 nəfəri qətlə yetirdiyini etiraf edib

27-09-2016, 10:30           
Erkan Çətin ticarət mərkəzində 5 nəfəri qətlə yetirdiyini etiraf edib
ABŞ-da ticarət mərkəzində atəş açaraq 5 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs günahını etiraf edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmədə Türkiyə əsilli, 20 yaşlı Erkan Çətin “Cascade Mall” ticarət mərkəzində yerləşən “Macy’s” dükanında 5 nəfəri öldürdüyünü etiraf edib.
Ötən həftə Vaşinqton ştatının Berlinqton şəhərində baş verən hadisə nəticəsində 4 qadın və 1 bir kişi həyatını itirib. Erkan Çətin insidentdən bir sutka sonra yaxalanıb.
Qeyd edək ki, ABŞ Federal Təhqiqat Bürosu hadisəni terror aktı kimi qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru