Bakıda qətl hadisəsi baş verib. Sabunçu Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayon ərazisində 1995-ci il təvəllüdlü Nurlan Quliyev dayısı oğlu 24 yaşlı Maarif Quliyevlə mübahisə zəminində onu bıçaqlayıb. M.Quliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. N.Quliyev isə könüllü şəkildə polisə təslim olub. Faktla bağlı istintaq aparılır.