Bəziləri din pərdəsi altında başqa məqsədlərə çatmaq istəyirlər - YAP-çı deputat

27-09-2016, 13:58           
Bəziləri din pərdəsi altında başqa məqsədlərə çatmaq istəyirlər - YAP-çı deputat
Azərbaycanda bəziləri din yolu adı ilə Suriyada döyüşə gedirlər.

Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

O qeyd edib ki, həmin şəxslər din uğrunda deyil, öz məqsədləri üçün bu addımı atırlar: "Onlar din pərdəsi adı altında cinayətkarlıq edirlər. Əgər torpaq uğrunda vuruşursansa, get Qarabağın azadlığı uğrunda döyüş. 2 aprel hadisələrində Azərbaycan Ordusunun əldə etdiyi uğur hamıya məlumdur və buna bir nümunədir. Əgər həmin insanlar həqiqətən döyüşmək istəyirsə, bu yolda döyüşsünlər. Daha Suriyada yox. Nəyin uğrunda vuruşduqları da məlum deyil. Onlar din pərdəsi altında başqa məqsədlərə çatmaq istəyirlər. Buna isə heç vaxt nail ola bilməcəklər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru