Şəmkirdə kişini toyda vəhşicəsinə döyüb öldürdülər

28-09-2016, 00:00           
Şəmkirdə kişini toyda vəhşicəsinə döyüb öldürdülər
Şəmkir rayonunu sakini toyda həmkəndlisi tərəfindən döyülərək qətlə yetirilib.

ARB Kəpəz xəbər verir, Keçili kənd sakini Qabil Qarayev boyun fəqərələrinin sınığı ilə xəstəxanaya yerləşdirilib. O, ehtiyatsızlıq nəticəsində yıxıldığını bildirib. Şəxsə tibbi yardım göstərilib və o, ambulator müalicə üçün buraxılıb. Sonradan halı pisləşən Qabil evdə dünyasını dəyişib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Qabil Qarayevin yaşadığı kənd ərazisində keçirilən toyda həmkəndlisi Seymur Əlövsətli tərəfindən döyüldüyü müəyyən edilib və həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Seymur tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.