Maştağada aptekdə işləyən qadın güclü təsiredici maddəni qanunsuz satarkən saxlanılıb
28-09-2016, 14:09
Sabunçu rayonunun Maştağa qəsəbəsinin ərazisində, qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd kapsulanı satarkən saxlanılıb. Sabunçu Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, aptekə baxış zamanı 3549 ədəd güclü təsiredici tərkibə malik psixotrop kapsulalar, həblər və ineksiyalar aşkar edilərək götürülüb