Bakıda toyda ofisiantlar və qonaqlar arasında dava düşdü: yaralılar var

29-09-2016, 09:31           
Bakıda toyda ofisiantlar və qonaqlar arasında dava düşdü: yaralılar var
Bakıda toyda kütləvi dava baş verib.

Musavat.com xəbər verir ki, Nizami rayonu ərazisindəki şadlıq saraylarından birində keçirilən toyun qonağı inzibatçıdan viski istəyib. İnzibatçı viski olmadığını bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Davaya ofisiantlar və digər qonaqlar da qoşulub. Kütləvi dava zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, 21 yaşlı Araz Tağıyevin vəziyyəti digərlərinə nisbətən ağır olub. Hazırda onun həyatı üçün təhlükənin olmadığı bildirilir.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində olublar. Faktla əlaqədar araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru