Məktəbli qızı yol kənarıyla gedərkən maşın vurdu

30-09-2016, 10:56           

Bakının Müşviqabad qəsəbəsində məktəblinin vurulması ilə nəticələnən yol qəzası baş verib. Criminal.az saytı Report-a istinadən xəbər verir ki, aşağı sinif şagirdi olan məktəbli qız bu gün səhər saatlarında "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Hadisə uşaq sinif yoldaşları və valideyni ilə birgə yol kənarı ilə məktəbə gedən zaman qeydə alınıb. Ağır xəsarət alan qız dərhal sürücü tərəfindən xəstəxanaya aparılıb. Hazırda yaralının vəziyyəti ağırdır.

Criminal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru