Fizuli batalyonunun komandiri rəhmətə getdi

30-09-2016, 14:26           
Fizuli batalyonunun komandiri rəhmətə getdi
Qarabağ savaşının əfsanəvi komandirlərindən biri Mobil Yusifov vəfat edib.

M. Yusifov ötən gün Bakıda şadlıq evlərinin birində keçirilən toy mərasimində iştirak edib. Elə toy zamanı foyedə oturan komandir dünyasını dəyişib.

Bizimyol.info yazır ki, maraqlısı ondadır ki, dünyasını dəyişən şəxs öləcəyini toya gəlməmişdən əvvəl yaxınlarına söyləyib. Ona məclisə qatılmamağı məsləhət görüblər, lakin buna məhəl qoymayıb.

Qeyd edək ki, M. Yusifov Qarabağ savaşında 814 saylı Füzuli özünümüdafiə batalyonunun komandiri olub.

Mobil Yusifov 13 dekabr 1955-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2014-cü ildə Silahlı Qüvvələrdən ehtiyata tərxis olunub.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru