Salyanda maşın kollektora düşüb, ölənlər və yaralılar var

30-01-2025, 08:24           
Salyanda maşın kollektora düşüb, ölənlər və yaralılar var
Salyanda avtomobil kollektora düşüb, ölənlər və yaralananlar var.

TEREF "Report"a istinadən məlumat verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşaraq yolun kənarındakı kollektora düşüb.

Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.

Hazırda əraziyə təcili yardım briqadası, Fövqəladə Hallar Nazirliyinin (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru