Bakıya buna görə qar yağmır - AÇIQLAMA

30-01-2025, 17:34           
Bakıya buna görə qar yağmır - AÇIQLAMA
Son illər Bakıya qar yağmaması birmənalı qarşılanmır. Zaman-zaman mediada iqlim dəyişiklikləri və qlobal istiləşmə barədə çox danışılır, bununla bağlı müxtəlif yazılar dərc olunur. Hətta tez-tez “son 40 ilin ən sərt qışı olacaq, qar yağacaq” kimi xəbərlərə də rast gəlinir. Lakin ortada heç nə yoxdur.

TEREF xəbər verir ki, Globalinfo.az-a danışan iqlimşünas Məhərrəm Mehdiyevin sözlərinə görə, Bakıya qarın yağmamasının səbəbi qolfstrim cərəyanının zəifləməsidir.

O, iqlim dəyişmələrinin baş verdiyini vurğulayıb:

“Bilirsiniz, qolfstrim cərəyanı öz fəaliyyətini yaxşı göstərəndə Bakıya qar yağır. İndi Avropa ölkələri və Rusiya deyir ki, qolfstrim çox zəifləyib. Belə getsə, tamamilə sıfra çata, bundan sonra da qolfstrim cərəyanı əksinə hərəkət edə bilər. Bu mənada qolfstrimin zəifləməsi həmin o qar kütlələrinin bizə, ümumiyyətlə, Cənubi Qafqaza, Orta Asiyaya gəlməsini çox zəiflədib”.

İqlimşünas deyib ki, hündürlükdə qar yağsa da, bizə yağış gəlib çatmış olur:

“Alimlərimiz nə deyirsə, onunla razılaşırıq. Həm də bilirsiniz, iqlim dəyişmələri baş verib, orta temperatur artıb. Bəlkə də 200-300 metrlikdə qar yağır, amma atmosfer havasına, yəni bizim 100 metrlik havaya çatanda yağışa çevrilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru