ABŞ sakini yoxa çıxan itini 8 il sonra tapdı VİDEO

30-01-2025, 15:47           
ABŞ sakini yoxa çıxan itini 8 il sonra tapdı  VİDEO
ABŞ sakini Pol Gilbo adlı şəxs yoxa çıxan itini 8 ildən sonra tapıb.

Bu barədə "UPI" nəşri məlumat verib.

Pol Gilbonun sözlərinə görə, o, Massaçusetsdən Arizonaya gedərkən it qaçıb. Oklahoma şəhərində fasilə verdiyi zaman kişi beş yaşlı "Damian"ı gəzməyə çıxarıb, lakin it kəndirdən qopub. O, bir həftə ev heyvanını axtarıb, lakin tapa bilmədiyi üçün yoluna davam etmək məcburiyyətində qalıb.

"Damian"ın taleyi bu yaxınlarda Oklahoma sakinindən Pol Gilboya mesaj gələnə qədər naməlum qalıb. İt yoxa çıxdığı yerdən təxminən 50 kilometr aralıda tapılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru