"Baku Bus"ın sürücüsü sükan arxasında infarkt keçirdi Bu gün, 12:48 Maştağa qəsəbəsində "Baku Bus" MMC-yə məxsus marşrut avtobusu qəza törədib.Oxu.Az APA-ya istinadən məlumat verir ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.Qeyd edək ki, avtobus depoya getdiyi üçün boş olub.Hadisə zamanı xəsarət alan olmayıb. Facebook-da paylaş