Kurskda GECƏ KABUSU: Ukrayna PUA-ları şəhəri viran qoydu – VİDEO
15-04-2025, 10:40
Kursk gecə saatlarında Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.
Tribunainfo.az xəbər verir ki, regionun Operativ Qərargahının məlumatına görə, hücum nəticəsində 85 yaşlı bir qadın həyatını itirib, daha doqquz nəfər isə xəsarət alıb.
Bir neçə çoxmənzilli və fərdi yaşayış evi zərər görüb. Bildirilir ki, hücumlardan biri təcili yardımın qarajını hədəfə alıb, nəticədə 11 təcili tibbi yardım maşınına ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, gecə ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri ümumilikdə 115 Ukrayna pilotsuz uçuş aparatını məhv edib. Onlardan 109-u Kursk vilayətinin ərazisində vurulub.