Dalaşan qonşuları ayırmaq istəyən qadın öldü

22-10-2016, 20:53           
Dalaşan qonşuları ayırmaq istəyən qadın öldü
Lənkəranda dalaşan qonşuları ayırmaq istəyən qadın ölüb.
“Report”un verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Kərgəlan kəndində baş verib.
Kənd sakini, 63 yaşlı Səfərova Ağabanı Balağa qızı həyat yoldaşı ilə qonşusunun məişət zəminində mübahisə etdiklərini, mübahisənin dalaşmaya çevrildiyini görərək, onları sakitləşdirmək məqsədilə araya girib. Nəticədə huşunu itirərək yerə yıxılıb.
Yaxınlarının dediyinə görə, A.Səfərova ürək tutmasından dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.
Fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru