Astara sakini özünü güllələyib

23-10-2016, 12:50           
Astara sakini özünü güllələyib
Astarada güllələnmə hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Kakalos kəndi ərazisində qeydə alınıb.

Ova gedən kənd sakini, 57 yaşlı Sadir Həbib oğlu Rəhimovun meyiti yaxınları tərəfindən evlərinə yaxın ərazidə aşkarlanıb. Dərhal hadisə barədə rayonun hüquq-mühafizə orqanları məlumatlandırılıb. S. Rəhimovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. İlkin müayinə zamanı mərhumun döş qəfəsinin yuxarı 1/3 hissəsində odlu silah yarası olduğu təsdiqini tapıb.

İlkin versiyaya görə, S. Rəhimovun ölümünə odlu silahla ehtiyatsız davranması səbəb olub. Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru