“Şakro“nun xəzinədarı qaçdı - kilolarla qızıl, onmilyonlarla dollar

24-10-2016, 13:16           

Kriminal aləmdə “Şakro Molodoy ləqəbli qanuni oğru Zaxari Kalaşovun xəzinədarı kimi tanınan Konstantin Manukyan beynəlxalq axtarışa verilib

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Manukyanın Ermənistanda gizləndiyi ehtimal olunur,

Məlumata görə, “Şakro Molodoy”la Manukyan kriminal karyeralarını demək olar ki, eyni vaxtda, Tiflisdə başlayıblar. Manukyan ilk dəfə Gürcüstanda tanımış bir qanuni oğrunu qətlə yetirdiyinə görə, həbs edilib. “Şakro”yla onların yolu da məhz həbsxanada kəsişib. Sonradan hər ikisi “Ded Xasan”a, Aslan Usoyan sədaqət andı içiblər.

Bəzi məlumatlara görə, son vaxtlaradək Rusiyada yaşayan Manukyan ölkədən özüylə bərabər kilolarla qızıl, on milyonlarla dollar vəsait çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru