130 min tona yaxın mal əti ehtiyatımız olsa da...qiymət bahalaşır

25-10-2016, 19:37           
130 min tona yaxın mal əti ehtiyatımız olsa da...qiymət bahalaşır
Azərbaycanda 129 min 753 ton mal əti ehtiyatı olub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin ötən ilin əvvəli üçün yaydığı məlumatda göstərilir ki, 12 min 404 ton mal əti ehtiyatı idxal olub. Ötən ilin əvvəlinə olan qalıq isə 3 min 890 tondur. Ümumilikdə mal əti ehtiyatının cəmi 146 min 7 ton olub. Öncəki illə müqayisədə istehsalda artım olsa da, idxalda azalma müşahidə edilib. Belə ki, 2014-cü ildə 122 min 370 ton mal əti istehsal olunub, 18 min 398 ton isə idxal qeydə alınıb.

Dövlət Statistika Komitəsi hələlik bu ilin rəqəmlərini açıqlamayıb. Qedy edək ki, son zamanların ən çox bahalaşma müşahidə olunan ərzaq məhsullarından biri də ətdir. İndi Bakıda mal ətinin kiloqramı 9-9,5 manata, qoyun əti isə 10 manatdan da baha satılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.