Azərbaycanda qonaqlığa gedən dostlar faciəvi şəkildə öldü

27-10-2016, 20:13           
Azərbaycanda qonaqlığa gedən dostlar faciəvi şəkildə öldü
Bu gün Sabirabad rayonunda dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayonun Yastıqobu kəndində “Vaz 2121” – “Niva” markalı avtomobil kanala aşıb.

Nəticədə avtomobildə olan şəxslərdən 1994-cü il təvəllüdlü Həsənov Zaur Xaləddin oğlu və 1993-cü il təvəllüdlü Tağıyev Samir Akif oğlu suda boğularaq ölüb. Daha iki nəfər isə maşından çıxmağa müvəffəq olub və yüngül xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Bildirilir ki, avtomobildə olan şəxslər Bakıdan Sabirabadın Yastıqobu kəndinə dostlarının evinə qonaqlığa gedibmiş.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru