18 yaşlı qız binanın yeddinci mərtəbəsindən yıxılaraq dünyasını dəyişdi

27-10-2016, 23:17           
18 yaşlı qız binanın yeddinci mərtəbəsindən yıxılaraq dünyasını dəyişdi
Azərbaycanın Astara şəhərində bədbəxt hadisə baş verib.
Gununsesi.info-nun APA-nın cənub bürosuna istinadən məlumatına görə, hadisə bu gün saat 20.30 radələrində Astara şəhərinin Heydər Əliyev prospektindəki 9 mərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin ünvanda yaşayan bacısının evinə qonaq gələn 18 yaşlı Elida İntiqam qızı Musazadə ehtiyatsızlıqdan binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru