Putin Fətullah Gülən haqqında

28-10-2016, 10:40           

Soçidə təşkil edilən toplantıda çıxış edən Vladimir Putin FETO lideri Fətullah Güləndən bəhs edib.

“A24.az” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, Rusiyanın xarici siyasəti, ABŞ-la əlaqələr və Suriya məsələsi başda olmaqla, mühüm mövzularla bağlı fikirlərini bildirib.


Putin, hansı yolla olursa olsun, başqa ölkənin daxili siyasi proseslərinə müdaxilə etməyin onlar üçün qəbuledilməz olduğunu qeyd edib. Prezident Ərdoğanın onunla görüşdə 15 iyul dövlət çevrilişinə cəhdin FETO tərəfindən həyata keçirildiyini və təşkilatın lideri Fətullah Gülənin Amerikada yaşamasına toxunan Putin bunları deyib: “Hansı yolla olursa olsun, istər kiber hücumlar, istərsə də fərqli ölkələrdə yerləşən təşkilat vasitəsilə başqa ölkənin daxili siyasi proseslərinə müdaxilə etmək qəbuledilməzdir”.

Putin NATO-nun yeni şərtlərə uyğunlaşmadığını deyib: “Soyuq müharibə dövründə yaradılan və aktiv fəaliyyət müddətini başa vuran NATO, yeni şərtlərə uyğunlaşmaq üçün həyata keçirilən bütün cəhdlərə baxmayaraq, real adaptasiya mərhələsinə daxil olmadı”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.