Ermənistan polisi Polşa vətəndaşı, yezidi kürdü Merab Kalaşovu saxlayıb. 1975-ci il doğumlu Kalaşov “qanuni oğru” sayılır. 2015-ci ildən Fransanın hüquq-mühafizə orqanları tərəfindən mütəşəkkli qruplaşmanın tərkibində çirkli pulların yuyulması və oğurluqlara görə axtarışdadır. Kalaşovun həbsu barədə İnterpol-a da məlumat verilib.