Bakı şəhərinin Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Axar.az FHN-nin saytına istinadən verdiyi xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1951-ci il təvəllüdlü Litsiyeva Təhminə Nemətulla qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.