Yanğın xəstəxanada ciddi təşvişə SƏBƏB OLDU

Bu gün, 09:43           
Yanğın xəstəxanada ciddi təşvişə SƏBƏB OLDU
Gəncə şəhərində Abbas Səhhət adına Birləşmiş Xəstəxanasının həyətində yanğın hadisəsi qeydə alınıb.
TEREF “Report”-a istinadən xəbər verir ki, səhiyyə ocağında formalaşan tibbi tullantılar naməlum şəxs və ya şəxslər tərəfindən xəstəxananın həyətində yandırılıb.

Alov və tüstü xəstəxanada ciddi təşvişə səbəb olub və əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.

Alov qısa müddət ərzində söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq tibbi tullantılar xüsusi şəraitdə zərərsizləşdirilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru