AZAL-ın təyyarəsini vuranın - Fotosu

Bu gün, 10:44           
AZAL-ın təyyarəsini vuranın - Fotosu
2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı sensasion məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “Minval Politika” resursu Rusiyanın 14-cü Hava və Hava Hücumundan Müdafiə Ordusunun 80-ci zenit-raket alayında xidmət edən hərbi qulluqçunun şəklini əldə edib.

Məlumata görə, təyyarəyə atəş açan döyüş ekipajına Dmitri Sergeyeviç Paladiçuk rəhbərlik edib. O, “Pantsir-S” zenit-raket-artilleriya kompleksinin 274 saylı döyüş maşınının baş hesablayıcısıdır. Paladiçuk 14-cü ordunun mobil ehtiyat qüvvələrinə daxil olan 80-ci zenit-raket alayının 1-ci divizionunda xidmət edir (hərbi hissə №75564).

“Minval Politika”nın məlumatına əsasən, məhz onun idarə etdiyi ekipaj 25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinə ölümcül zərbə endirib.

Hadisədən artıq 7 aydan çox vaxt keçsə də, bu günədək nə Rusiya tərəfi məsuliyyəti boynuna alıb, nə də təyyarənin vurulmasında birbaşa iştirak etmiş hər hansı hərbçi cəzalandırılıb. Bu isə Azərbaycanın ictimai rəyində ciddi hiddət doğurur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru