Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi

Bu gün, 11:06           
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub.

TEREF bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müəssisəyə rəhbərlik Rəşad Əhədova tapşırılıb. Əhədov bundan əvvəl də Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb.

Məlumat üçün bildirək ki, 9 saylı cəzaçəkmə müəssisəsində keçmiş yüksəkvəzifəli məmurlar və generallar saxlanılır. Onların arasında generallar-Bəkir Orucov, Əhməd Əhmədov, Elçin Quliyev, Nizami Şirinov, cinayətlərinə görə general rütbəsindən məhrum edilmiş Mövlam Şıxəliyev, həmçinin keçmiş baş prokuror Eldar Həsənov və İmişlinin əvvəlki icra başçısı Vilyam Hacıyev də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru