ABB yerli aviaşirkət üçün 300 mln. dollarlıq zəmanət verib

19-12-2016, 13:38           
ABB yerli aviaşirkət üçün 300 mln. dollarlıq zəmanət verib
Azərbaycan Beynəlxalq Bankı (ABB) “Wilmington Trust Company” (ABŞ) şirkətinə 300 mln. dollar məbləğində zəmanət məktubu verib. “Report” xəbər verir ki, bu barədə Bankın yarımillik hesabatında bildirilir.
Məlumata görə, zəmanət məktubu Azərbaycanın “Silkway Airlines” şirkətinin 2 ədəd “Boeing B747-8F” modelli hava gəmisi və 1 ədəd “GEnx-2B67” modelli ehtiyat mühərrikinin idxalının maliyyələşdirilməsi məqsədi ilə verilib. Bu məqsədlə ABB və aviaşirkət arasında əqd bağlanılıb.
Bundan başqa, Bank ABŞ-ın “Cargill Financial Services International” şirkəti ilə ticarət yönümlü kredit sazişi imzalayıb. Saziş 2016-cı il ərzində ümumi dəyəri 558,9 mln. dollar olan bir neçə kreditin cəlb olunmasını nəzərdə tutur.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln. manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit"ə, 17,78%-i isə 13 qeyri-dövlət müəssisəsinə və 1 759 fiziki şəxsə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru