Sudanda silah-sursat anbarında partlayış baş verib, ölən və yaralananlar var

22-05-2017, 08:22           
Sudanda silah-sursat anbarında partlayış baş verib, ölən və yaralananlar var
Sudanda silah-sursat anbarında partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Nyala şəhərində qeydə alınıb.

Hadisə nəticəsində azı 5 nəfər ölüb, 67 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İlkin məlumata əsasən, partlayışa qısa qapanma səbəb olub. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.