Rusiyada sərnişin təyyarəsi qəza enişi edib 30-05-2017, 09:22 Rusiyanın “Yakutiya” aviaşirkətinə məxsus An -24 təyyarəsi qəza enişi edib. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, qəza enişi mühərriklərdən birinin sıradan çıxması səbəbindən baş verib. Yakutsk-Suntar marşrutu üzrə uçan təyyarə hava limanına dönməli olub. İnsident nəticəsində zərərçəkən olmayıb. Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş