Bakıda iki otaqlı ev yanıb

31-05-2017, 08:31           
Bakıda iki otaqlı ev yanıb
Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.