Bakıda kafedə dava olub. "Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Sabunçu bazarının yaxınlığında yerləşən kafelərdən birində üç dost yeyib-içdikdən dava ediblər. Nəticədə onlardan biri – Quliyev Taleh Elşad oğlu müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.