Cəlilabadda məhkəmədən çıxan qadın pilləkəndən yıxılaraq ölüb
3-08-2017, 11:56
Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılması nəticəsində ölüb. "Report"un Aran bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib. Belə ki, rayonun Əliqasımlı kənd sakini 1937-ci il təvəllüdlü Şüküfə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb. Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı elə oradaca dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.