Sabunçuda mağazalar və gözəllik salonu yanıb

7-08-2017, 08:20           

Bakı şəhəri, Sabunçu rayonunda sabunçu bazarının ərazisində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan mağazanın yanar konstruksiyaları, vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 23:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru