Özəl tozsoran...

7-08-2017, 08:22           
Özəl tozsoran...
Yüksəkixtisaslı mütəxəssislərin fikrinə görə, robot-tozsoran mənzil haqqında məlumatları əldə etmək və ev sahibinə ötürmək üçün əla üsuldur.

Trend-in məlumatına görə, aparıcı şirkətlərin təqdim etdiyi müasir tozsoran modelləri Wi-Fi şəbəkəsinə asan qoşulur, sonra isə məlumatların toplanması və ötürülməsini həyata keçirir.

“IRobot” şirkətinin aparıcı eksperti Kolin Enql qeyd edib ki, onların təqdim etdiyi avtomatlaşdırılmış tozsoranlar qəribə funksional qabiliyyətlərə malik unikal qurğulardır. Tozsoran informasiyanın toplanması və ötürülməsiylə yanaşı, təmizləmə işlərini də mükəmməl şəkildə yerinə yetirir.

Yaxın gələcəkdə alimlər robot-tozsoranın köməyilə eksperimental tədqiqat keçirməyi də planlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru