Yaponiyada 9 nəfər anomal istilərin qurbanı olub

8-08-2017, 09:25           
Yaponiyada 9 nəfər anomal istilərin qurbanı olub
mal isti hava 9 nəfərin həyatına son qoyub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təxminən 1900 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətini 65 yaşdan yuxarı insanlar təşkil edir.

İsti hava şəraiti Yaponiyada iyunun sonundan hökm sürür. Ayrı-ayrı günlərdə havanın temperaturu müsbət 35 dərəcəni keçir.

Ölkədə hərarətin yüksək həddə çatacağı proqnozlaşdıran yerli meteoroloqlar bunu, əvvəlki kimi, Sakit okeanda formalaşan “El-Ninyo” fenomeni ilə əlaqələndirirlər. "El-Ninyo" iqlim fenomeni okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru