Əfqanıstanın sabiq prezidenti Trampın yeni strategiyasına qarşı çıxış edib

25-08-2017, 08:21           
Əfqanıstanın sabiq prezidenti Trampın yeni strategiyasına qarşı çıxış edib
Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai ABŞ prezidenti Donald Trampın bu ölkəyə dair yeni strategiyasına qarşı çıxış edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, H.Kərzai Trampın yeni strategiyasının Əfqanıstanın milli maraqlarına zidd olduğunu bildirib.

Bundan başqa, Kərzai Əfqanıstanda fərdi hərbi şirkətlərdən daha fəal istifadə edilməsi təklifinin perspektivsiz olduğunu vurğulayıb: “Bu milli suverenliyi və konstitusiyanı pozur, bu addım münaqişəni xeyli uzadacaq və ölkədə qan tökülməsini daha da çoxaldacaq”, - deyə Əfqanıstanın sabiq prezidenti qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.