Bakıda şirkətlərdən birində ölüm hadisəsi baş verib.
teref.az Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "Edelveys” şirkətində oranın gözətçisi, 1963-cü il təvəllüdlü Cəlilov Tahir Sultan oğlunun meyiti tapılıb.
İlkin araşdırmadan sonra şirkət işçisinin ürək tutmasından vəfat etdiyi məlum olub. Araşdırma aparılır.