NATO kortejinə bombalı hücum edilib

12-09-2017, 09:54           

Bomba ilə yüklənmiş avtomobil kortejin yanında partladılıb
Əfqanıstanın Parvan vilayətində ABŞ-ın ən böyük hərbi hava bazası “Bəqram”da NATO kortejinə bombalı hücum təşkil edilib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bomba ilə yüklənmiş avtomobil kortejin yanında partladılıb. Hadisə nəticəsində NATO hərbiçilərindən ölən və yaralıların olub-olmadığı barədə açıqlama verilməyib. Lakin, 3 vətəndaşın yaralandığı bildirilir.
Hücumun məsuliyyətini “Taliban” terror təşkilatı öz üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru