Masallı sakini bibisi oğlunu döyüb öldürdü

19-09-2017, 10:47           
Masallı sakini bibisi oğlunu döyüb öldürdü
Masallı rayonunda ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənd sakini Allahverdiyev Afiq Rafiq oğlu dayısı oğlu Hüseynov Vüsal Rüfət oğlu tərəfindən aralarında yaranmış münaqişə nəticəsində döyülüb. Döyülən A.Allahverdiyev bədənin və baş nayihəsinin sınığı, qapalı-kəllə beyin travması ilə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Masallı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törədən V.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru