Mühafizəçinin qulağı kəsilən davanın – Videosu/23+

20-09-2017, 09:02           
Mühafizəçinin qulağı kəsilən davanın – Videosu/23+
Moskvanın mərkəzində mühafizəçilərə hücum edən 4 naməlum şəxsin axtarışları hələlik nəticə verməyib.

Axar.az xəbər verir ki, bu arada davanın görüntüləri Maş (Mash) teleqram-kanalda yayımlanıb. Kadrlardan görünür ki, yaxınlıqdan ötənlər qızların müdafiəsinə qalxan və qarşı tərəfin zorakılığı ilə üzləşən müfahizəçinin yerdə qan içində uzanıb qalmasına çox laqeyd yanaşırlar və ötüb keçirlər.

Xatırladaq ki, hadisə dünən baş verib. Adları açıqlanmayan 3 mühafizəçi Moskvanın mərkəzindəki bulvarda iki qızın arxasınca 4 şəxsin düşdüyünü müşahidə ediblər. Qızların yardımına qalxan mühafizəçilərlə 4 naməlum şəxs arasında mübahisə yaranıb və ikincilər bıçaqla mühafizəçilərə hücum ediblər. Mühafizəçilərdən birinin isə qulağını kəsiblər.

Qızların qışqırığı ilə digər mühafizəçilərin gəldiyini görən naməlum şəxslər aradan çıxmağı bacarıblar.

Xəstəxanaya yerləşdirilən mühafizəçilərin vəziyyəti ağırdır.

Şahidlər hücum edən şəxslərin qafqazlı olduğunu iddia ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru