Hacı Qalibin oğlu həbsdə qaldı

20-09-2017, 12:53           

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən Əlihüseyn Salahzadənin şikayəti təmin edilməyib. Nəsimi rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsi Əlihüseyn Salahzadə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, O, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur. Həmin maddəyə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməkdə təqsirləndirilib. Zərərçəkmiş qismində Elbəy Mirzəyev tanınıb. Əlihüseyn Salahzadənin vəkili bildirib ki, zərərçəkmiş şikayət ərizəsini geri götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru