Bakıda "8-ci kilometr bazarı"nda orta yaşlı qadın döyülüb
17-10-2017, 08:26
Bakıda "8-ci kilometr bazarı"nda orta yaşlı qadın döyülüb. "Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 8-ci kilometr qəsəbəsində yerləşən bazarda 45 yaşlı Ələkbərova Fəridə Mobil qızı tanıdığı orta yaşlı kişi ilə mübahisə edib. Nəticədə o döyülüb. Qadın ağır xəsarətlər aldığına görə xəstəxanaya yerləşdirilib. Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.