Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

31-05-2025, 11:34           
Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO
Hazırda Türkiyədə müalicə olunan “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı müsahibə verib.

O, rəhbəri olduğu kanala müsahibəsində hazırkı durumu, müalicə prosesi və gələcək planları barəsində danışıb.

Əvəz Zeynallı bildirib ki, 2 gün öncə ilk kimyaterapiya alıb, müalicəsini davam etdirir:

“İlk işim həyat uğrunda bu mübarizəni qazanmaqdır. Ömrümün əhəmiyyətli bir hissəsini yaşamışam.

Mən mətbuatdan kənarda qala bilmərəm. Təbii ki, mətbuatda qalacağam. Üçüncü dəfə həbs olunmağa isə halım yoxdur. Heç ikinci dəfə həbs olunmağa halım yox idi”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru