Həkim çiyələyi səhər və ya günortadan sonra yeməyi tövsiyə edir

31-05-2025, 09:08           
Həkim çiyələyi səhər və ya günortadan sonra yeməyi tövsiyə edir
Çiyələyin düzgün vaxtda istehlakı orqanizm üçün daha faydalı ola bilər.
Bu barədə tibb elmləri doktoru, endokrinoloq Zuxra Pavlova kp.ru saytına açıqlamasında danışıb.Mütəxəssisin sözlərinə görə, çiyələk tərkibində yüksək miqdarda sadə karbohidrat – qlükoza və fruktoza ehtiva edir. Bu səbəbdən onu günün ilk yarısında, xüsusilə səhər və günorta saatlarında qəbul etmək tövsiyə olunur.Pavlova vurğulayıb ki, günün sonuna yaxın, xüsusilə saat 16:00-dan sonra giləmeyvə yemək insulin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bu isə metabolik pozuntulara gətirib çıxara bilər.O, həmçinin qeyd edib ki, çiyələk əsas yeməkdən sonra desert kimi istifadə edildikdə daha uyğun sayılır. Həkim gündəlik porsiya olaraq beş-altı iri və ya yeddi-səkkiz kiçik giləmeyvə yeməyi tövsiyə edir.Ekspert çiyələk istehlak edərkən onun təbii və pestisidsiz olmasına da diqqət yetirməyi vacib sayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru