Valideynləri 3 yaşlı uşağı pitonun üstünə mindirdilər

17-10-2017, 08:44           
Valideynləri 3 yaşlı uşağı pitonun üstünə mindirdilər
Bu həftə ərzində selə görə 54 nəfərin öldüyü və minlərlə evin sel suları altında qaldığı Vyetnamda çəkilən görüntülər insanın ürəyini ağzına gətirir.



3 yaşındakı bir oğlan uşağı sel suları içində 6 metr uzunluğunda bir piton ilanının üstünə minir. Uşağın çox sakit olduğu müşahidə edilir. Ana-atası isə uşağa ilanın üstünə minməsi üçün kömək edir. İlan 80 kilo ağırlığında olub. 3 yaşlı uşağın xalası isə deyib ki, ailə illərdir ev heyvanı olaraq ilan bəsləyir. Onun sözlərinə görə, sel suları ilanı bağçaya tərəf sürükləyib. Uşağın ata-anası isə oynayıb əylənsin deyə onu bağçaya çıxararaq ilanın belinə mindiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru