Azərbaycanda doğuş zamanı daha bir ana ölümü 18-10-2017, 00:37 Qobustan rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.teref.az “Report”a istinadən xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində doğuş zamanı ana dünyasını dəyişib.Bu, 1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızının üçüncü hamiləliyi olub. Onun iki oğul övladı var. Onun yeni doğulan qızı isə sağ qalıb.Mərhumun yaxınları ananın ölümündə həkimləri ittiham edirlər.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş